​Azərbaycanda əhalinin bank əmanətləri azalıb

​Azərbaycanda əhalinin bank əmanətləri azalıb İlin əvvəlindən isə əmanətlərin həcmi 6% artıb
Maliyyə
7 İyul , 2015 14:01
​Azərbaycanda əhalinin bank əmanətləri azalıb

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycanda əhalinin bank əmanətlərinin ümumi həcmi 2015-ci il iyunun 1-nə 7 601,1 mln. manat təşkil edib. Bu, mayın 1-nə olan analoji göstəricidən 116,1 mln. manat və ya 1,5% azdır. Bu barədə "Report"a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

AMB-dən bildirilib ki, cari ilin əvvəli ilə müqayisədə əhalinin əmanətləri 412,8 mln. manat və ya 5,7%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 958,1 mln. və ya 14,4% çoxdur.

Qeyd edək ki, əhalinin bank əmanətlərinin maksimal həcmi 2015-ci il martın 1-i vəziyyətinə qeydə alınıb və 7 932,7 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi