Azərbaycanda vergi orqanlarının xətti ilə ƏDV üzrə büdcə daxilolmaları 20% artacaq

Azərbaycanda vergi orqanlarının xətti ilə ƏDV üzrə büdcə daxilolmaları 20% artacaq Gələn il Azərbaycanın dövlət büdcəsində vergi orqanlarının topladığı əlavə gəlir vergisi (ƏDV) üzrə daxilolmaların 2 368,7 milyon manat təşkil edəcəyi gözlənilir.
Maliyyə
8 Noyabr , 2021 11:54
Azərbaycanda vergi orqanlarının xətti ilə ƏDV üzrə büdcə daxilolmaları 20% artacaq

Gələn il Azərbaycanın dövlət büdcəsində vergi orqanlarının topladığı əlavə gəlir vergisi (ƏDV) üzrə daxilolmaların 2 368,7 milyon manat təşkil edəcəyi gözlənilir.

“Report”un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 20,2% çoxdur.

ƏDV üzrə büdcə daxilolmalarının 261,1 milyon manatı neft, 2 107,6 milyon manatı isə qeyri-neft sektorunun payına düşəcək. Bunlar isə illik müqayisədə 68,45% və 16,1% çoxdur.

Neft sektoru üzrə proqnozun artırılması ölkə daxilində neft məhsullarının və təbii qazın satış qiymətlərinin artırılması, qeyri-neft sektoru üzrə proqnozun artırılması isə qeyri-neft ÜDM-nin artması, eləcə də bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun tədricən başa çatması ilə həmin vergi ödəyicilərinin ƏDV ödəyicisinə çevrilməsi ilə əlaqədardır.

Son xəbərlər

Orphus sistemi