Azərbaycanda "e-İpoteka" portalına 8 günə 465 müraciət daxil olub - YENİLƏNİB

Azərbaycanda "e-İpoteka" portalına 8 günə 465 müraciət daxil olub - YENİLƏNİB Müraciətlərin 36%-i güzəştli ipoteka kreditləşməsi ilə bağlı olub
Maliyyə
10 Fevral , 2015 12:48
Azərbaycanda e-İpoteka portalına 8 günə 465 müraciət daxil olub - YENİLƏNİB

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanda bu ilin fevralın 2-də istifadəyə verilən "Elektron-İpoteka" portalına indiyədək ipoteka kreditinin alınması üçün vətəndaşlar tərəfindən 465 müraciət daxil olub. "Report"un məlumatına görə, bunu "e-İpoteka" portalının nümayəndəsi Elçin Qəzənfərov məlumat verib.

E.Qəzənfərovun sözlərinə görə, daxil olan müraciətlərin 165-i və ya 35,5%-i güzəştli (sosial), qalanı isə (300 müraciət) kommersiya ipoteka kreditləşməsi ilə bağlı olub.

Qeyd edək ki, "e-İpoteka"portalı (www.e-ipoteka.az) fevralın 2-də real vaxt rejimində əhalinin tam istifadəsinə verilib və artıq ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs birbaşa olaraq internet vasitəsi ilə bu veb-sayta daxil olaraq müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət edə bilər. Müraciət etmək üçün ilkin mərhələdə qeydiyyatdan keçərkən, hər bir şəxs özünə dair bütün zəruri məlumatları daxil etməli və sonradan bunun əsasında qiymətləndirmə aparılır. Eyni zamanda, ipoteka kreditindən yararlanmaq istəyənlər müvəkkil kredit təşkilatlarının təklif etdiyi şərtlərə diqqət yetirməli, onları təhlil etdikdən sonra, yekun müraciətini təsdiqləməlidir. 

Son xəbərlər

Orphus sistemi