Azərbaycanda dövriyyədə olan nağd pulun həcmi azalıb

Azərbaycanda dövriyyədə olan nağd pulun həcmi azalıb Neqativ dinamika artıq iki aydır davam edir
Maliyyə
11 Aprel , 2017 13:33
Azərbaycanda dövriyyədə olan nağd pulun həcmi azalıb

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi 2017-ci il mart ayının 1-nə 6 534,3 mln. manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, dövriyyədə olan nağd pul kütləsinin həcmi ardıcıl olaraq 3 aylıq artımdan sonra son 2 ayda azalmağa başlayıb. Belə ki, ötən ilin oktyabr ayında artım 96,9 mln. manat və ya 1,56%, noyabrda 41,3 mln. manat və ya 0,66%, dekabrda isə 628,6 mln. manat və ya 9,9% olub. Yanvarda nağd pulun həcmi 419,8 mln. manat və ya 6,03% azalıb. Fevral ayında isə azalma 6,7 mln. manat və ya 0,1% təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə nağd pulun həcmi 1 035,2 mln. manat və ya 18,82% artıb.

Qeyd edək ki, dövriyyədə olan nağd pulların Azərbaycanda maksimal həddi 2014-cü ilin iyul ayında 11 144,4 mln. manat həcmində olub. Martın 1-nə açıqlanan göstərici tarixi maksimumdan 4 610,1 mln. manat və ya 41,37% aşağıdır.

"Report" agentliyinin analitik qrupu hesab edir ki, AMB hazırkı iqtisadi konyunkturada valyutaya tələb yaradan və əlavə hesab etdiyi nağd pulun bir hissəsini bazardan absorbasiya edərək (not emissiyası, depozit hərracları) dövriyyədə olan nağd pul kütləsini azaldır.

Son xəbərlər

Orphus sistemi