Azərbaycanda dövlət xəttilə kirayəyə verilən mənzillərin sayı 1 550-ə çatıb

Azərbaycanda dövlət xəttilə kirayəyə verilən mənzillərin sayı 1 550-ə çatıb Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 38 827 borcalana 2 milyard 156,040 milyon manat kredit verib.
Maliyyə
6 May , 2022 11:15
Azərbaycanda dövlət xəttilə kirayəyə verilən mənzillərin sayı 1 550-ə çatıb

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 38 827 borcalana 2 milyard 156,04 milyon manat kredit verib.

“Report” xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 293,068 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 550 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi