Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 7 % artıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 7 % artıb Bu il I yarısında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 217 milyon manat kredit verilib.
Maliyyə
26 İyul , 2022 15:46
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 7 % artıb

Bu ilin I yarısında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 217 milyon manat kredit verilib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 24 % artaraq 188,3 milyon manata çatıb.

Ötən 6 ayda İKZF istiqraz buraxmaqla 130 milyon manat vəsait cəlb edib ki, bu da 1 il əvvələ nisbətən 23,8 % çoxdur. İl ərzində Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 33,7 % artaraq 47,6 milyon manata çatıb.

Son xəbərlər

Orphus sistemi