Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 93,3 milyon manat kredit verib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə təxminən 7,6 dəfə azalaraq 17,8 milyon manata, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb olunan vəsait 2,5 dəfə artaraq 100 mln manat olub.
Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 89% artaraq 75,6 milyon manat olub.