2020-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 257,5 milyon manat ipoteka krediti verilib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 48,6 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 25,8 % azalaraq 163,5 milyon manata düşüb.
Ötən il İKZF qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə 250 milyon manat vəsait cəlb edib ki, bu da əvvəlki ilə nisbətən 66,7 % çoxdur. Son 1 ildə Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 2 dəfə artaraq 161,2 milyon manat olub.