Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 47 % artıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 47 % artıb Bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 304,1 milyon manat ipoteka krediti verilib.
Maliyyə
23 Noyabr , 2021 12:08
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 47 % artıb

Bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 304,1 milyon manat ipoteka krediti verilib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,5% çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə 3,1 dəfə artaraq 323,4 milyon manata çatıb.

Bundan başqa, il ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsait 11,1% artaraq 200 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 2,3 dəfə azalaraq 71,1 milyon manat olub.

Son xəbərlər

Orphus sistemi