Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 42 % artıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 42 % artıb Bu ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 325,5 milyon manat ipoteka krediti verilib.
Maliyyə
21 Dekabr , 2021 14:50
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 42 % artıb

Bu ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 325,5 milyon manat ipoteka krediti verilib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,3% çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 2,9 dəfə artaraq 378,8 milyon manata çatıb.

Bundan başqa, il ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsait 11,1% artaraq 200 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 2,3 dəfə azalaraq 71,1 milyon manat olub. 

Son xəbərlər

Orphus sistemi