Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 22% artıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 22% artıb Bu ilin yanvar-iyul aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 131,9 milyon manat ipoteka krediti verilib.
Maliyyə
26 Avqust , 2020 15:27
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 22% artıb

Bu ilin yanvar-iyul aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 131,9 milyon manat ipoteka krediti verilib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,3% çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə təxminən 4,4 dəfə azalaraq 34,8 milyon manat, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb olunan vəsait 2,1 dəfə artaraq 125 mln manat olub.

Hesabat dövründə İKZF-ə dövlət büdcəsindən ayrılmış vəsait isə 3,1 dəfə artaraq 123,4 milyon manat olub.

Son xəbərlər

Orphus sistemi