Azərbaycanda dövlət xətti ilə ipoteka kreditlərinin orta məbləği 41,5 min manatdır

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditlərinin orta məbləği 41,5 min manatdır Bu barədə "Azərbaycan İpoteka Fondu"nun açıqlamasında bildirilir
Maliyyə
3 Aprel , 2017 17:32
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditlərinin orta məbləği 41,5 min manatdır
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ "Azərbaycan İpoteka Fondu" ASC (AİF) xətti ilə indiyə qədər 18 758 ipoteka krediti verilib. 

"Report" AİF-ə istinadən xəbər verir ki, bu kreditlərin ümumi məbləği 778 956 830 manat olub. 

Bu isə o deməkdir ki, dövlət xətti ilə ipoteka kreditlərinin orta məbləği 41 526,65 manatdır. 

Xatırladaq ki, AIF ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.

Son xəbərlər

Orphus sistemi