Azərbaycanda dövlət qiymətli kağızlar bazarı kəskin azalıb

Azərbaycanda dövlət qiymətli kağızlar bazarı kəskin azalıb Korporativ qiymətli kağızlar bazarı isə 2,6 dəfə artıb
Maliyyə
8 Dekabr , 2014 17:36
Azərbaycanda dövlət qiymətli kağızlar bazarı kəskin azalıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Cari ilin yanvar-noyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 7,960 mlrd. manat təşkil edib.

“Report”un BFB-ya istinadən verdiyi xəbərə görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 13% çoxdur. Qeyd edək ki, ötən ilin müvafiq dövründə illik artım dinamikası 18,4% olub.

Hesabata əsasən, artım korporativ qiymətli kağızlar bazarının inkişafı hesabına olub. Belə ki, bazarın bu seqmentində bağlanan əqdlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artaraq 3,840 mlrd. manat təşkil edib.

Dövlət qiymətli kağızlar bazarının həcmi isə əksinə, illik 31% azalaraq 4,120 mlrd. manata düşüb. Belə ki, 2013-cü ilin yanvar-noyabr aylarında dövlət qiymətli kağızlar bazarının həcmi  5,965 mlrd. manat, korporativ kağızlar bazarının dövriyyəsi isə 1,076 mlrd. manat olub.

Son xəbərlər

Orphus sistemi