Azərbaycanda dövlət payı olan müəssisələrdən alınan dividendlər azalacaq

Azərbaycanda dövlət payı olan müəssisələrdən alınan dividendlər azalacaq Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə dövlət büdcəsinə daxilolmalar 3,2 mln. manat nəzərdə tutulub
Maliyyə
23 Oktyabr , 2017 11:33
Azərbaycanda dövlət payı olan müəssisələrdən alınan dividendlər azalacaq

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə 2018-ci il dövlət büdcəsinə daxilolmalar 3,2 mln. manat nəzərdə tutulur.

“Report” bu barədə 2018-ci il dövlət və icmal büdcə layihələrinin təqdimatına istinadən xəbər verir.

Hesablama Palatasının məlumatında bildirilir ki, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə dövlət büdcəsinə daxilolmalar 2017- ci ilin 6 ayında icra 500 min manat, yəni illik proqnozun 8,4%-i həcmində təşkil edib. Həmin məbləğ 2016-cı ilin yekunlarına görə mənfəətin bölüşdürülməsi nəticəsində “Azərlotereya” ASC-dən daxil olub, bu da 2016-cı ilin müvafiq dövründə daxil olmuş vəsaitlə müqayisədə eynidir. Digər təşkilatlar tərfindən dividendlər üzrə ödənişlər həyata keçirilməyib.

Qeyd edək ki, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər dövlət maliyyə və qeyri-maliyyə təşkilatlarından alınan dividendlər üzrə daxilolmalardan ibarətdir. Bu mənbə üzrə daxilolmalar 2017-ci il dövlət büdcəsində 5,95 mln. manat təsdiq olunub ki, bundan 150 min manat "Aqrarkredit” QSC, 4,118 mln. manat “Azər-Türk Bank” ASC, 1,682 mln. manat “Azərlotereya” ASC üzrə alınan dividendlər üzrə nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi