Azərbaycanda dövlət müəssisələri: Nə etməli?

Azərbaycanda dövlət müəssisələri: Nə etməli? ADB ölkənin 14 ən böyük DM-nin fəaliyyətini təhlil edərkən müəyyən etmişdir ki, 2013-2017-ci illərdə dövlət şirkətlərində qeyri-kafi məhsuldarlıq ÜDM-in orta hesabla 4,2% səmərəliliyinin azalmasına səbəb olub
Maliyyə
23 Sentyabr , 2020 12:00
Azərbaycanda dövlət müəssisələri: Nə etməli?

Dünyanın bir çox ölkələrində dövlət müəssisələri (DM-lər) əksər hallarda səmərəsiz fəaliyyət göstərir, pis idarə olunur və borca qərq olurlar. Bu, daha çox inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir. Müvəffəq DM-lərin ictimai xidmətlərin çatdırılmasında əsaslı inkişafa səbəb olmaları və iqtisadi artımı saxlaya bilmələri əksər hallarda daha az müzakirə olunur. Bu müəssisələr xüsusislə o zaman uğur qazanırlar ki, onlar bazardakı uğursuzluqlar özəl sektorun qarşısını almağa meylli olduğu iqtisadi sahələrə daha çox diqqət yetirirlər.

“Report” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə Ölkə Direktoru Nəriman Mannapbekov və ADB-nin İqtisadi Təqdiqat və Regional Əməkdaşlıq Şöbəsinin iqtisadçısı Eymi Hampelin məqaləsində deyilir.

“Azərbaycanda hökumət bir çox sektor üzrə bir neçə DM-ə rəhbərlik edir. Bunlara enerjinin istehsalı və paylanması, neft və qaz istehsalı, su və istilyin təchiz olunması, hava yolları, dəmir yolları və yük xidmətləri kimi vacib ictimai xidmətləri təmin edən şirkətlər daxildir. Bu DM-lərin əksəriyyəti bazardakı uyğunsuzluqları aradan qaldırmaq üçün mövcuddurlar. Lakin digər DM-lərin mövcud olmalarının səbəbi sənayelər üzərində milli nəzarəti saxlamaq, iqtisadi inkişafı təşviq etmək, eləcə də zəruri ictimai xidmətləri təmin etməkdir. Azərbaycanda məşğul əhalinin böyük bir hissəsi 12 mindən çox yerli və özünüidarəetmə dövlət şirkəti tərəfindən məşğulluğa cəlb olunub ki, bunlar da 2014-2016-cı illərdə ümumilikdə ÜDM-in 18%-nə təşkil edib”, - məqalədə bildirilir.

Nəriman Mannapbekov
Nəriman Mannapbekov

Lakin DM-lər həm də iqtisadiyyat üçün problem yarada bilərlər, deyə müəlliflər bildirir. Asiya İnkişaf Bankı ölkənin 14 ən böyük DM-nin fəaliyyətini təhlil edərkən müəyyən etmişdir ki, 2013-2017-ci illərdə dövlət şirkətlərində qeyri-kafi məhsuldarlıq ÜDM-in orta hesabla 4,2% səmərəliliyinin azalmasına səbəb olub. Bu, o deməkdir ki, DM-lər iqtisadiyyata daha çox töhfə verə bilərdilər, ancaq bu, baş verməyib.

“Bu səbəbdən, hökumət DM-lərin fəaliyyətini təkmilləşdirmək məqsədilə iddialı islahat proqramına start verib. Məqsəd DM-ləri dövlət büdcəsində ağır yük olmaqdan inkişaf və iqtisadi artımın aparıcı qüvvəsinə çevirməkdir. İlkin islahat səyləri DM-lərə əngəl olan bir sıra əsas məsələləri, o cümlədən seçilmiş korporativ qayda və standartların tətbiqinə yönəlmişdir. Ancaq geniş müstəvidə və uzunmüddətli dəyişiklik etmək mqəsədilə hökumət islahatların miqyasını daha da genişləndirə bilər”, - məqalədə qeyd olunur.

Onların fikrincə, uğur qazanmaq üçün islahatların aşağıdakı dörd istiqamət üzrə aparılması vacibdir:

Birincisi, DM-lərlə bağlı aydın siyasət qəbul etmək və sektor üzrə islahatları dəstəkləmək. Bunlar DM-lərin kommersiya və qeyri-kommersiya funksiyaları arasında aydın bölgü ilə səmərəli biznes qurumlarına çevrilmələrinə təkan verməkdə kömək edə bilər.

İkincisi, DM-lər üçün əsas hədəf və məhsuldarlıq göstəriciləri müəyyənləşdirmək. Burada hökumət tərəfindən Maliyyə Nazirliyi və iri DM-lər üzrə Komissiya vasitəsilə nəzarətin necə həyata keçirilməsi, fəaliyyətin monitorinqini necə aparılması, eləcə də DM-lərin öz borclarını geri ödəmək qabiliyyəti kimi mümkün risk və zəif cəhətləri necə idarə etmələri ilə bağlı prosedurlar müəyyənləşdirilməlidir.

Üçüncüsü, DM-lərdə korporativ idarəetmə strukturunun gücləndirilməsi, o cümlədən Müşahidə Şuralarının yaradılması. Bu, qərarların qəbul olunması prosesində, eləcə də digər zəruri maliyyə nəzarəti mexanizmlərində şəffaflığı və nəzarətin təmin edilməsində yardımçı olacaq.

Dördüncüsü, DM-lərin məlumatları açıqlamaq öhdəliklərindən yayınmağa imkan verən hüquqi boşluqları aradan qaldırlmaqla DM-lər tərəfindən illik maliyyə hesabatları kimi müfəssəl maliyyə və əməliyyat məlumatlarını açıqlamalarını təmin etmək.

Belə islahat tədbirləri potensial olaraq mübahisəli və mürəkkəb olur və şübhəsiz ki, bunları icra etmək üçün vaxt tələb olunur. Ancaq Avstraliya. Gürcüstan, İndoneziya, Malayziya, Yeni Zellandiya və Sinqapur kimi analoji yolu keçmiş digər ölkələrin təcrübəsi göstərir ki, bu səyləri icra etməyə dəyər.

Məsələn, Malayziyada DM-lərin rəhbərliyi ilə münasibətdə icra əsaslı qayda tətbiq edilmişdir ki, bu da rentabellilik üçün əsas faktordur. 2004-2014-cü illərdə Malayziyanın 20 ən böyük DM-i bazardakı kapitallaşma həcmini üç dəfə artırıb.

ADB-nin iqtisadçıları vurğulayırlar ki, yeni yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin qarşısında DM-lərdə korporativ islahatları sürətləndirmək vəzifəsi qoyulub: “İşlərin birinci mərhələsi artıq başlamışdır, lakin çətin, dəqiq və agrılı mərəhələ qabaqdadır belə ki, hər bir DM-in fərqli çağırış və ehtiyacları var. Bir ölkədə DM üçün uğurlu olan model digər ölkələrdə alınmaya bilər. Hər şeydən öncə, DM-lərdə aparılan islahatlar sektor üzrə aparılan islahat nöqteyi-nəzərindən yanaşmaq lazımdır. Lakin korporativ idarəetmə prinsiplərini tətbiq etməyə gəldikdə isə, hökumət auditlərdən başlamaqla, DM-lərə “əgər mümkün deyilsə, niyə də yox” yanaşmasını tətbiq edə bilər.

Hazırda bir çox DM-lər öz maliyyə hesabatlarına müstəqil rəy vermələri üçün kənardan auditorlar cəlb edirlər. Auditinin keyfiyyətini yüksəltmək və malların qənaətlə (düzgün keyfiyyət, kəmiyyətdə, eləcə də düzgün vaxt və yerdə) alınmasını, nəticələri maksimum həddə çatdırmaq üçün səmərəli istifadə olunmasını, eləcə də şirkətin əməliyyat hədəflərini təmin etmək üçün effektiv şəkildə tətbiq olunması məqsədilə fəaliyyətin (performans) auditinə dair təşəbbüslər də həyata keçirilməlidir.

DM-lərin səmərəliliyini artırmaq üçün fəailiyyət (performans) auditinin aparılması bir çox ökədə qəbul olunub ümumi praktikadır və uğurla icra edilir. DM-lər prosesə başlamaq üçün daxili audit şöbələrini gücləndirməlidir. Bu, həm də hökumətin məhsuldarlığa əsaslanan büdcənin tərtibi və qurumların nəticələrə əsaslanan çərçivənin yaradılması ilə bağlı daha geniş islahat gündəliyini dəstəkləyəcək.

İkili (maliyyə və fəaliyyət üçün) auditin aparılması bahadır və ona görə onları tətbiq etməmək səbəb olaraq istifadə oluna bilər. Lakin bu iş nüfuzlu və təcrübəli auditor tərəfindən həyata keçirilərsə , xərclər tezliklə fəaliyyət və maliyyə vəziyyətində aparılan təkmilləşmələr vasitəsilə geri qayıdır. Bu işlər DM-lərin özləri tərəfindən maliyyələşdirilməlidir.

Azərbaycan hazırda öz DM-lərini transformasiya etmək üçün imkana malikdir və təxirə salınmadan əsas sahələrdə islahatların dəstəklənməsi buna nail olmaqda kömək edə bilər. Bu, iqtisadiyyatın, inkişafın, ən vacibi isə ölkə insanlarının xeyrinə olacaqdır”.

Son xəbərlər

Orphus sistemi