Azərbaycanda “Dövlət borcunun idarə edilməsi strategiyası”na dəyişiklik olunacaq

Azərbaycanda “Dövlət borcunun idarə edilməsi strategiyası”na dəyişiklik olunacaq “Gələn il də Azərbaycanda borclanma sahəsində məqsədyönlü siyasət aparılacaq. “Dövlət borcunun idarə edilməsi strategiyası”na vaxtaşırı dəyişikliklərin edilməsi labüddür. Bununla bağlı dövlət başçısının müvafiq tapşırığı var”.
Maliyyə
11 Noyabr , 2021 11:38
Azərbaycanda “Dövlət borcunun idarə edilməsi strategiyası”na dəyişiklik olunacaq

“Gələn il də Azərbaycanda borclanma sahəsində məqsədyönlü siyasət aparılacaq. “Dövlət borcunun idarə edilməsi strategiyası”na vaxtaşırı dəyişikliklərin edilməsi labüddür. Bununla bağlı dövlət başçısının müvafiq tapşırığı var”.

“Report”un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində deyib.

“Müvafiq strategiya layihəsi artıq hazırlanaraq təqdim olunub. Bu strategiyanın da cari ildə qəbul edilməsi gözlənilir”, - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi