Azərbaycanda dollarla valyuta əməliyyatlarının həcmi 20%-dən çox azalıb

Azərbaycanda dollarla valyuta əməliyyatlarının həcmi 20%-dən çox azalıb Bakı. 7 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda valyuta bazarının ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli azalıb.
Maliyyə
7 Noyabr , 2017 15:37
Azərbaycanda dollarla valyuta əməliyyatlarının həcmi 20%-dən çox azalıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda valyuta bazarının ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli azalıb.

“Report” Azərbaycan Mərkəzi Bankının 9 aylıq Pul Siyasət İcmalına istinadən xəbər verir ki, son 1 ildə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmində 20,4%, avro ilə valyuta əməliyyatlarının həcmində isə 7% azalma baş verib.

Hesabat dövründə valyuta bazarında əməliyyatların 83%-i dollarda, 17%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 24% hissəsi banklararası valyuta bazarında (BVB), 76%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.

Dollarla BVB-də aparılmış əməliyyatların 58,1%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95,6%-ni hüquqi şəxslərə valyuta satışı təşkil edib.

“Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Azərbaycan bankları ötən ilin 9 ayı ərzində 281 mln. dollar xalis valyuta satışı həyata keçirdiyi halda, bu ilin 9 ayı ərzində 117 mln. dollar xalis valyuta alışı həyata keçirib. Bu da manatın stabilliyi ilə əlaqədardır", - deyə icmalda qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi