Azərbaycanda dollar kredit və depozitləri üzrə faiz spredi 9 aylıq maksimuma çatıb

Azərbaycanda dollar kredit və depozitləri üzrə faiz spredi 9 aylıq maksimuma çatıb Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycanda dollarda olan kredit və depozitin orta faiz dərəcələri üzrə spred artaraq cari ilin əvvəlindən ən yüksək həd...
Maliyyə
27 İyul , 2017 16:47
Azərbaycanda dollar kredit və depozitləri üzrə faiz spredi 9 aylıq maksimuma çatıb

Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycanda dollarda olan kredit və depozitin orta faiz dərəcələri üzrə spred artaraq cari ilin əvvəlindən ən yüksək həddə çatıb. Dollarda verilən kreditlər üzrə orta faiz dərəcəsi ilə dollarda depozitlər üzrə orta faiz dərəcəsi arasında fərq iyunun 1-nə 5,09 faiz bəndinə çatıb.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Dollarla kredit və depozit faiz dərəcələri üzrə spred 2017-ci il yanvarın 1-nə 3,94, fevralın 1-nə 4,50, martın 1-nə 4,59, aprelin 1-nə 4,59, mayın 1-nə 4,55 faiz bəndi təşkil edib.  Beləliklə, spred həm bu ilin ən yüksək həddinə, həm də 9 aylıq maksimuma çatıb. Belə ki, 5 faiz bəndini ancaq 2016-cı ilin avqustunda keçib. Belə ki, 2016-cı il sentyabrın 1-nə spred 5,24 faiz bəndi təşkil edib.

Son xəbərlər

Orphus sistemi