Azərbaycanda depozitlərin gəlirliliyi aşağı düşüb

Azərbaycanda depozitlərin gəlirliliyi aşağı düşüb Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycanda may ayı ərzində depozitlərin gəlirliliyi azalaraq iyunun 1-nə manatla yerləşdirilən depozitlər üzrə 9,98%, xarici valyutada isə 2,65% təşkil edib.
Maliyyə
7 İyul , 2018 15:53
Azərbaycanda depozitlərin gəlirliliyi aşağı düşüb

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycanda may ayı ərzində depozitlərin gəlirliliyi azalaraq iyunun 1-nə manatla yerləşdirilən depozitlər üzrə 9,98%, xarici valyutada isə 2,65% təşkil edib.

“Report” bu barədə Azərbaycan mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Hesabat ayı ərzində manatla depozitlər üzrə orta faiz dərəcəsi 0,16 faiz bəndi, xarici valyutada isə 0,05 faiz bəndi aşağı düşüb.

Hesabata əsasən iyunun 1-nə əhalinin manatla əmanətləri üzrə orta faiz dərəcəsi 10,69%, xarici valyuta ilə isə 3,23% təşkil edib. Bu da öz növbəsində aylıq müqayisədə müvafiq olaraq 0,22 faiz bəndi və 0,05 faiz bəndi azdır. 

Son xəbərlər

Orphus sistemi