Azərbaycanda depozit və kreditlər üzrə dollarlaşma dərəcəsi artıb

Azərbaycanda depozit və kreditlər üzrə dollarlaşma dərəcəsi artıb Dollarlaşmada artım 2 faiz bəndinə yaxın olub
Maliyyə
10 Mart , 2017 17:40
Azərbaycanda depozit və kreditlər üzrə dollarlaşma dərəcəsi artıb

Bakı. 10 mart . REPORT.AZ/ Azərbaycanda əhalinin bank əmanətləri üzrə dollarlaşma dərəcəsi 2017-ci il fevralın 1-nə 81,25% təşkil edib. Yanvarın 1-nə bu göstərici 79,63% olub, keçən ilin analoji dövründə isə 83,55% təşkil edib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, cəmi depozit bazasında dollarlaşma dərəcəsi fevralın 1-nə 77,76% olub. Keçən ay bu göstərici 75,28%, 2016-cı ilin analoji dövründə isə 82,21% təşkil edib.

Kreditlərin strukturunda isə 2017-ci il fevralın 1-nə dollarlaşma dərəcəsi 49,67%, yanvarın 1-nə 47,32%, ötən il fevralın 1-nə 51,94%-ə bərabər olub.

Son xəbərlər

Orphus sistemi