Azərbaycanda dekabrda bazara 1,127 mlrd. dollar çıxarılıb

Azərbaycanda dekabrda bazara 1,127 mlrd. dollar çıxarılıb Mərkəzi Bank manatın məzənnəsinin 2015-ci ildə də sabit qalacağını açıqlayıb
Maliyyə
13 Yanvar , 2015 16:08
Azərbaycanda dekabrda bazara 1,127 mlrd. dollar çıxarılıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanın daxili valyuta bazarında 2014-cü il dekabrın ortalarında ABŞ dollarına cari tələbat artıb və yaranmış vəziyyəti tənzimləmək məqsədilə Mərkəzi Bank (AMB) nağdsız və nağd şəkildə bazara 1,127 mlrd. dollar məbləğində satışyönlü müdaxilə edib. "Report"un məlumatına görə, bu barədə AMB-nin məlumatında deyilir.

Bank rəsmilərinin sözlərinə görə, bunun nəticəsində manatın sabitliyi qorunub, valyuta ehtiyatlarının həcmi isə xalis olaraq 143 mln. dollar həcmində artıb. 

Artıq AMB bazarda alışyönlü müdaxilə rejiminə qayıdıb: "Ötən ilin 11 ayı ərzində manatın məzənnəsinin ABŞ dollarına qarşı kəskin bahalaşmasının qarşısını almaqdan ötrü valyuta bazarında təklifin tələbi üstələməsini nəzərə alaraq 1,27 mlrd. dollar məbləğində alışyönlü müdaxilə edib. Halbuki Rusiyada, eləcə də digər qonşu ölkələrdə mərkəzi bankların əhəmiyyətli valyuta satışı müdaxilələrinə baxmayaraq, milli valyutaların sabitliyini qorumaq mümkün olmayıb. Nəticədə bir sıra milli valyutalar ABŞ dollarına qarşı ciddi devalvasiyaya uğrayıb. Rusiya rublu 80%, Qazaxıstan tengesi 19%, Türkmənistan manatı 22%, Belarus rublu 17%, Ukrayna qrivnası 90%, Türkiyə lirəsi 8% ucuzlaşıb".

AMB manatın məzənnəsinin 2015-ci ildə də sabit qalacağını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi