Azərbaycanda daşınmaz əmlakın tikintisinə və alınmasına qoyulan kreditlər artıb

Azərbaycanda daşınmaz əmlakın tikintisinə və alınmasına qoyulan kreditlər artıb Ev təsərrüfatına kredit qoyuluşu isə 18 faiz azalıb
Maliyyə
15 oktyabr 2016 07:26
Azərbaycanda daşınmaz əmlakın tikintisinə və alınmasına qoyulan kreditlər artıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ İpoteka kreditləri də daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına kredit qoyuluşu bu il sentyabrın 1-nə 1 592,1 mln. manat təşkil edib.

Bu barədə "Report"a Mərkəzi Bankdan məlumat verilib. 

Bankdan bildirilib ki, avqust ayında kreditləşmə 6,8%, illik müqayisədə isə 17,1% artıb.

Bu il sentyabrın 1-nə əsasən maliyyə-kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşunda bu sahənin kreditləşməsinin xüsusi çəkisi 9,5% -ə çatıb. Bu isə öz növbəsində əvvəlki ayla müqayisədə 0,6 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz bəndi artım deməkdir.

Qeyd edək ki, cari il sentyabrın 1-nə əsasən ölkə iqtisadiyyatına kredit qoyuluşunun 6 272,7 mln. manat və ya 37,2%-i məhz ev təsərrüfatlarına kreditlərin payına düşüb. Bu sahədə kreditləşmə aylıq müqayisədə 0,6% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 18,4% azalıb.

Xatırladaq ki, sentyabrın 1-nə ölkə iqtisadiyyatıan cəmi kredit qoyuluşu 16 839,7 mln. manat təşkil edib ki, bunun da 9,5% və ya 1 592,9 mln. manatı vaxtı keçmiş kreditlər olub.  

Son xəbərlər

Orphus sistemi