Azərbaycanda daşınmaz əmlak sığortası üzrə müqavilə sayı açıqlandı

Azərbaycanda daşınmaz əmlak sığortası üzrə müqavilə sayı açıqlandı 2020-ci ilin 11 ayında bu sığorta növü üzrə 38,6 milyon manat yığım, 3,7 milyon manat isə ödəniş təmin edilib
Maliyyə
356
14 Yanvar , 2021 12:39
Azərbaycanda daşınmaz əmlak sığortası üzrə müqavilə sayı açıqlandı

Azərbaycan Sığortaçılar Assosiasiyası “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə yerli sığorta şirkətləri tərəfindən bağlanan müqavilələrin sayını açıqlayıb.

“Report”un ASA-ya istinadən verdiyi məlumata görə, “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə 2020-ci ilin 10 ayı ərzində bazarda xüsusi aktivliyi ilə seçilən təkcə 5 şirkət tərəfindən vətəndaş və sahibkarlarla 149 478 ədəd müqavilə bağlanıb. Bununla da 2019-cu ilin analoji dövrü ilə müqayisədə qeyd olunan növ üzrə müqavilə sayında 3 dəfəyə yaxın artım qeydə alınıb. Məlumat üçün bildirilir ki, 2019-cu ilin 10 ayı ərzində yenə sadəcə 5 şirkət tərəfindən 53 min ədəd müqavilə bağlanmışdı.

Qeyd edək ki, müvafiq artımda fiziki şəxslərin ümumi payı çoxluq təşkil edir.

Daha bir statistikaya görə isə, 2020-ci ilin ən son açıqlanan 11 aylıq icmal göstəricilərinə görə, “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə yerli sığorta şirkətləri 38,6 milyon manat yığım təmin edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6,5 milyon manat çoxdur. Eyni zamanda 2020-ci ilin yanvar-noyabr aylarında vətəndaş və sahibkarlara “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə baş vermiş hadisələrə görə 3,7 milyon manat ödəniş edilib.

Son xəbərlər

Orphus sistemi