Azərbaycanda daha bir sığorta şirkəti ləğv edilir

Azərbaycanda daha bir sığorta şirkəti ləğv edilir Lisenziyasının ləğv edilməsi üçün artıq Azərbaycan Mərkəzi Bankına müraciət edilib
Maliyyə
2862
12 Avqust , 2020 16:50
Azərbaycanda daha bir sığorta şirkəti ləğv edilir

“Rəvan Sığorta” ASC sığorta fəaliyyəti ilə əlaqədar lisenziyasını ləğv edilməsi üçün Azərbaycan Mərkəzi Bankına müraciət edib.

Bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumata görə, hazırda ASC-nin yığım portfelinin ötürülməsi ilə bağlı danışıqlar aparılmır. Belə ki, bu ilin yanvar-iyun aylarında “Rəvan Sığorta”nın sığorta haqları illik müqayisədə 16,5% azalaraq 1,078 mln manat, sığorta ödənişləri isə 36,6% artaraq 235 min manat təşkil edib.

Qeyd edək ki, avqustun 10-da “Rəvan Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Yığıncağın gündəliyinə "Rəvan Sığorta"nın könüllü qaydada ləğv edilməsi, lisenziyasının ləğvi üçün Azərbaycan Mərkəzi Bankına müraciət edilməsi, Ləğvetmə Komissiyasının yaradılması və Gəncə filialının ləğv edilməsi məsələləri daxil idi.

Xatırladaq ki, "Rəvan Sığorta" 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 8,9 milyon manatdır. Şirkətin səhmlərinin 49,1%-i "Nurgun Group of Companies"ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank"a məxsusdur.

Orphus sistemi