Azərbaycanda daha bir həyat sığortası şirkəti yaradılıb

Azərbaycanda daha bir həyat sığortası şirkəti yaradılıb Bakı. 27 noyabr. REPORT.AZ/ Vergilər Nazirliyi “Xalq Həyat Sığorta” ASC-ni dövlət qeydiyyatına alıb.
Maliyyə
10329
27 Noyabr , 2018 15:13
Azərbaycanda daha bir həyat sığortası şirkəti yaradılıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Vergilər Nazirliyi “Xalq Həyat Sığorta” ASC-ni dövlət qeydiyyatına alıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkət “Xalq Sığorta” ASC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 22L, məhəllə 494-də qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 15 mln. manat, qanuni təmsilçisi isə “Xalq Sığorta”nın İdarə Heyəti sədrinin müavini Roman Alpaşa oğlu Vəliyevdir.

Xatırladaq ki, hazırda Azərbaycanda 3 həyat sığortası şirkəti – “Atəşgah Həyat Sığorta”, “Qala Həyat Sığorta” və “PAŞA Həyat Sığorta” ASC-lər fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi