Azərbaycanda daha bir bank əmanətlər üzrə vergini özü ödəyəcək

Azərbaycanda daha bir bank əmanətlər üzrə vergini özü ödəyəcək Vaxtından əvvəl ləğv edilən əmanətlərə illik 0,25% ödəniləcək
Maliyyə
9 İyun , 2015 11:05
Azərbaycanda daha bir bank əmanətlər üzrə vergini özü ödəyəcək

Bakı. 9 iyun. REPORT.AZ/ "Yapı Kredi Bank Azərbaycan" QSC yeni bir əmanət kampaniyasına başlayıb. Aksiyanın şərtlərinə uyğun minimum 5 min, maksimum 20 min manat məbləğində, ən azı 9 ay, ən çox 12 ay müddətinə yerləşdirilən əmanətlər üzrə hesablanacaq dividentlərə görə gəlir vergisini Bank tərəfindən ödəniləcək.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, kampaniyadan yararlanmaq istəyən müştərilər "YapıKredi Bank Azərbaycan"da son 3 ay ərzində heç bir müddətli əmanət yerləşdirməmiş olmalıdır və ya yeni əmanət müştərisi olmalıdır. Əmanət faizi əmanət müddətinin sonunda ödəniləcək. 

Hər bir müştəri kampaniyadan bir dəfə yararlana bilər. Vaxtından əvvəl ləğv edilən əmanətlərə illik 0,25% ödəniləcək və həmin əmanətlərə hesablanan vergi üzrə Bank heç bir öhdəlik daşımır. 

Qeyd edək ki, əmanətlər üzrə illik 12% divident ödənilir.

Son xəbərlər

Orphus sistemi