Azərbaycanda daha beş şirkət birjanın listinqinə daxil edilib

Azərbaycanda daha beş şirkət birjanın listinqinə daxil edilib Bu, "Yevlax Tikinti Servis", "Şəki Tikinti Quraşdırma", "Zaqatala Mehmanxana", "Zaqatala tikinti-20" və "Şəki Sərnişin" ASC-dir
Maliyyə
8 May , 2015 14:26
Azərbaycanda daha beş şirkət birjanın listinqinə daxil edilib

Bakı. 8 may. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə daha 5 şirkətin qiymətli kağızları BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.

"Report"un Birjanın yaydığı xəbərə istinadən verdiyi xəbərə görə, bu, "Yevlax Tikinti Servis" ASC, "Şəki Tikinti Quraşdırma" ASC, "Zaqatala Mehmanxana" ASC, "Zaqatala tikinti-20" ASC və "Şəki Sərnişin" ASC-dir. 

Ticarətə buraxılan qiymətli kağızların sayı "Yevlax Tikinti Servis" üzrə 30 ədəd, "Şəki Tikinti Quraşdırma" üzrə 160 ədəd, "Zaqatala Mehmanxana" üzrə 1 338 ədəd, "Zaqatala tikinti-20" üzrə 1 240 ədəd və "Şəki sərnişin" üzrə 1 064 ədəddir. Ticarətə başlanması tarixi "Yexlax Tikinti Servis" üçün mayın 8-i, digərləri üçün mayın 12-dir.

Qeyd edək ki, BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi