Azərbaycanda daha 5 bank dövlət xətti ilə ipoteka kreditləşməsini bərpa edib

Azərbaycanda daha 5 bank dövlət xətti ilə ipoteka kreditləşməsini bərpa edib AİF-in müvəkkil banklarının sayı 25-ə çatıb
Maliyyə
22 Fevral , 2017 12:45
Azərbaycanda daha 5 bank dövlət xətti ilə ipoteka kreditləşməsini bərpa edib

Bakı. 22 fevral. REPORT.AZ/  Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarından daha 5-i “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) müvəkkil bankı olub.

“Report”a AİF-in saytına istinadən xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı", "Atabank", "Bank of Baku", "Dəmirbank" və "Muğanbank" ASC-lərdir. 

Bununla da Fondun müvəkkil kredit təşkilatlarının sayı 20-dən 25-ə çatıb. Bununla yanaşı, AİF 16 sığorta və 8 qiymətləndirmə şirkəti ilə əməkdaşlıq edir.

Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.

Son xəbərlər

Orphus sistemi