Azərbaycanda büdcənin özəlləşdirmədən gəlirləri azalacaq

Azərbaycanda büdcənin özəlləşdirmədən gəlirləri azalacaq Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində büdcə kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 100 mln. manat məbləğində nəzərdə tutulub.
Maliyyə
2 Noyabr , 2017 14:59
Azərbaycanda büdcənin özəlləşdirmədən gəlirləri azalacaq

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində büdcə kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 100 mln. manat məbləğində nəzərdə tutulub.

“Report”un büdcə layihəsinə istinadən verdiyi xəbərə görə, bu da 2016-cı ilin müvafiq icra göstəricisindən 68,768 mln. manat və ya 3,2 dəfə çox, 2017-ci ilin proqnoz göstəricisindən isə 100 mln. manat və ya 2 dəfə azdır.

Qeyd edək ki, 2017-ci ilin ilk 6 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 52,324 mln. manat daxil olub. Bu isə 2017-ci ilin illik proqnozunun 26,2%-ni təşkil edir (tapşırıq - 95,38 mln. manat).

Son xəbərlər

Orphus sistemi