Azərbaycanda büdcədən DSMF-yə ayrılan vəsaitin azaldılması təklif olunur

Azərbaycanda büdcədən DSMF-yə ayrılan vəsaitin azaldılması təklif olunur Bakı. 23 noyabr. REPORT.AZ/ Dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna transfertin məbləğini hər il azaltmağa başlamalıyıq.
Maliyyə
23 Noyabr , 2017 13:22
Azərbaycanda büdcədən DSMF-yə ayrılan vəsaitin azaldılması təklif olunur

Bakı. 23 noyabr. REPORT.AZ/ "Dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna transfertin məbləğini hər il azaltmağa başlamalıyıq".

"Report"un verdiyi xəbərə görə, belə bir təkliflər parlamentin bugünkü plenar iclasında deputat Vahid Əhmədov çıxış edib.

Millət vəkili "qan pulu" ilə bağlı əlillərin narahatlıqlarını da səsləndirib: "Məbləğin böyük olduğunu bilirəm. Hökumətdən xahiş edirəm ki, bu məsələyə baxsın. Birdəfəlik olmasa da, hiss-hissə həll olunsun".

Deputat Əli Məsimli isə bildirib ki, əlillərin müavinətinin artırlmasına ehtiyac var: "Pensiya almaq üçün staj artırılıbsa, hər ilə görə pensiyanın artırılması rəqəmini də yüksətlmək lazımdır".

Son xəbərlər

Orphus sistemi