Azərbaycanda bu il lisenziyası alınmış sığorta agentlərinin sayı 4-ə çatıb

Azərbaycanda bu il lisenziyası alınmış sığorta agentlərinin sayı 4-ə çatıb Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta agentlərindən daha birinin lisenziyasını ləğv edib.
Maliyyə
15 İyul , 2021 09:07
Azərbaycanda bu il lisenziyası alınmış sığorta agentlərinin sayı 4-ə çatıb

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta agentlərindən daha birinin lisenziyasını ləğv edib.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, söhbət fiziki şəxs Bunyatov Pərviz Mürşüd oğluna 27 yanvar 2015-ci ildə verilmiş 080650 nömrəli lisenziyadan gedir.

Bu, 2021-ci ildə lisenziyası alınmış 4-cü sığorta agentidir. Bundan əvvəl fiziki şəxslər Səlimov Dövlət Fərman oğluna 5 oktyabr 2018-ci ildə verilmiş SA-0037 nömrəli, Mustafayev Hamlet Cəmil oğluna 20 sentyabr 2012-ci ildə verilmiş 000754 nömrəli və Seyfulla Nazir oğlu Qədirovaya 20 sentyabr 2012-ci ildə verilmiş 000741 nömrəli lisenziyalar ləğv olunub.

Son xəbərlər

Orphus sistemi