Azərbaycanda bəzi kommersiya bankları dolları rəsmi məzənnədən 8% baha satır

Azərbaycanda bəzi kommersiya bankları dolları rəsmi məzənnədən 8% baha satır Kommersiya bankları konvertasiya haqqını artırmağa davam edir
Maliyyə
24 Avqust , 2016 16:29
Azərbaycanda bəzi kommersiya bankları dolları rəsmi məzənnədən 8% baha satır

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycanda bir sıra kommersiya bankları manat kartları üzrə xarici valyutaya konvertasiya əməliyyatlarına görə komissiya haqqını artırıb. "Report" xəbər verir ki, konvertasiya faizlərini "Rabitəbank" ASC 2%-dən 5%-ə, "Silkway Bank" və "Expressbank" ASC-lər 2%-dən 4%-ə, "Amrahbank" ASC 0,5%-dən 5%-ə çatdırıb. "Azər-Türk Bank" ASC-də nağd xarici valyuta çıxarmaq istəyən 4% marja və nağdlaşdırmaya görə əlavə olaraq 0,5-1 % konvertasiya haqqı ödəməlidir.

Nəticədə, hazırda manat kartlarının sahiblərinin xarici valyuta çıxarmaq və ya xarici valyuta ilə ödəniş etmək istədikdə bankların valyuta satış məzənnəsindən əlavə 4-5% artıq xərcləri yaranır. Məsələn, bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının rəsmi məzənnəsi 1,6245 AZN/USD-yə bərabərdisə, banklar manat kartından dollar çıxarmaq istəyən və ya dollarla ödəniş həyata keçirmək istəyən şəxsə 1 dolları maksimum 1,6245+4%=1,6895 AZN/USD və 1,6895+4%=1,7571 AZN/USD-yə satır. Bu isə AMB-nin rəsmi məzənnəsindən 8,2% çoxdur. Bu xərc xarici ölkələrdə manat kartı ilə ödəniş edən şəxslərə də aid edilir.

"Rabitəbank"dan "Report"a bildirilib ki, manat kartından nağd dollar çıxarılarkən müştərinin məsrəfləri yalnız kovertasiya haqqı ilə məhdudlaşır (+5%) və hesablama zamanı baza kimi Mərkəzi Bankın rəsmi məzənnəsi istifadə olunur.

Son xəbərlər

Orphus sistemi