Bakı. 22 aprel. REPORT.AZ/ Beynəlxalq Aktuarlar Assosiasiyası Avrasiya və Orta Şərq Komissiyasının iclasının Azərbaycanda keçirilməsi ilə bağlı razılıq əldə olunub. Tədbirin bu il sentyabrın 28-29-da keçirilməsi planlaşdırılır. "Report"un verdiyi xəbərə görə, bu barədə
Onun sözlərinə görə, tədbirə 100-ə yaxın mütəxəssisin gəlməsi gözlənilir. Həmçinin Beynəlxalq Aktuarlar Assosiasiyasının prezidenti də tədbirə dəvət olunub və hələ təsdiqlənməsə də iştirakı gözlənilir: "Azərbaycan Aktuarlar Assosiasiyasının fəaliyyəti fəallaşır. Beynəlxalq Aktuarlar Assosiasiyası ilə müəyyən əlaqələr qurulur. Assosiasiya və beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycanda keçirilən tədbirdən sonra daha da genişlənəcək"
Azərbaycan Aktuarlar Assosiasiyası Müşahidə Şurasının üzvü Xədicə Nəsirova isə bildirib ki, bu tədbir Azərbaycanda keçiriləcək ilk beynəlxalq aktuar tədbiri olacaq.
Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov qeyd edib ki, may ayından etibarən DSMF əməkdaşları üçün aktuar kurslarına başlanacaq. Bununla yanaşı, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında aktuar fakültəsinin yaradılması üçün danışıqlar aparılır və gələcəkdə bunn digər universitetlərdə də yaradılması mümkündür.
Qeyd edək ki, bu gün Bakıda 27 nəfərə aktuar şəhadətnaməsi təqdim olunub. Ümumilikdə şəhadətnamə üçün 2008-ci ildən indiyədək 200 namizəd mübarizə aparıb. Mərhələli şəkildə keçirilən seçimlərdən sonra namizədlərdən cəmi 10%-i şəhadətnaməni əldə edib.