Azərbaycanda bankomatların sayı 8 %, POS-terminalların sayı isə 7 % artıb

Azərbaycanda bankomatların sayı 8 %, POS-terminalların sayı isə 7 % artıb Bu il oktyabrın 1-nə Azərbaycanda 2 854 bankomat olub.
Maliyyə
23 Oktyabr , 2021 11:40
Azərbaycanda bankomatların sayı 8 %, POS-terminalların sayı isə 7 % artıb

Bu il oktyabrın 1-nə Azərbaycanda 2 854 bankomat olub.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-nə nisbətən 8,1% çoxdur.

Bankomatların 1 510-u Bakıda, 1 344-ü isə regionlarda yerləşir. Bunlar isə illik müqayisədə müvafiq olaraq 9,2% və 6,9% çoxdur.

Bundan başqa, sentyabrın sonuna Azərbaycanda 61 109 POS-terminal olub. Bu isə 1 il əvvələ nisbətən 7,1% çoxdur.

POS-terminalların 40 566-sı Bakıda, 20 543-ü isə regionlarda yerləşir. Bunlar isə 1 il əvvəllə müqayisədə müvafiq olaraq 8,7% və 4,1% çoxdur.

Son xəbərlər

Orphus sistemi