Azərbaycanda bankların məcburi ehtiyatları artıb

Azərbaycanda bankların məcburi ehtiyatları artıb Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanda bankların məcburi ehtiyatlarının məcmu həcmi 2018-ci il dekabrın 1-nə 159,3 mln. manat təşkil edib.
Maliyyə
9 Yanvar , 2019 12:20
Azərbaycanda bankların məcburi ehtiyatları artıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanda bankların məcburi ehtiyatlarının məcmu həcmi 2018-ci il dekabrın 1-nə 159,3 mln. manat təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

AMB-nin aylıq hesabatına əsasən məcburi ehtiyatın həcmi bir ay ərzində 4,5 mln. manat və yaxud 2,9%, illik müqayisədə isə 18,5 mln. manat və yaxud 13,1% artıb.

Beləliklə, məcburi ehtiyatın həcmi 5 ay əvvəlki səviyyəyə yaxınlaşıb. Belə ki, 2018-ci il iyulun 1-nə bu göstərici 159,4 mln. manat olub. Daha sonra isə iyulda azalan məcburi ehtiyatın həcmi 149,4 mln. manata düşsə də, ardıcıl 4 ay artım hesabına əvvəlki səviyyəyə yaxınlaşıb. 

Qeyd edək ki, məcburi ehtiyat əmanət qəbul edən bankların bu əmanətlərə əvəz olaraq AMB-də saxlamaq məcburiyyətində olduqları əmanətlərin nisbətidir və bu nisbəti qurum müəyyən edir.

Son xəbərlər

Orphus sistemi