Azərbaycanda bankların filial və şöbələri azalmağa başlayıb

Azərbaycanda bankların filial və şöbələri azalmağa başlayıb Bakı. 17 dekabr. REPORT.AZ/ Bu il noyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda bank filiallarının sayı 508 olub.
Maliyyə
17 Dekabr , 2018 16:07
Azərbaycanda bankların filial və şöbələri azalmağa başlayıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu il noyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda bank filiallarının sayı 508 olub.

“Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3 vahid azdır. Ötən ilin eyni dövrü ilə müqayisədə isə bank filiallarının sayı 48 vahid azalıb.

Oktyabrda bank şöbələrinin sayı da 3 vahid azalaraq 140 olub. Bununla belə, illik müqayisədə bu rəqəm 2 vahid azdır.

Qeyd edək ki, bu ilin əvvəlindən etibarən bank filiallarının sayında ilk dəfə olaraq dəyişiklik oktyabrda müşahidə olunub. Şöbələrin sayı isə fevraldan sonra ikinci dəfədir ki, dəyişir. 

Son xəbərlər

Orphus sistemi