Azərbaycanda bankların əhaliyə nağd dollar satışı azalıb

Azərbaycanda bankların əhaliyə nağd dollar satışı azalıb Bankların əhaliyə xalis nağd dollar satışında 29,6% azalma qeydə alınıb
Maliyyə
4 Avqust , 2018 11:52
Azərbaycanda bankların əhaliyə nağd dollar satışı azalıb

Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları bu ilin iyun ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 19,074 mln. ABŞ dollarının xalis satışını həyata keçirib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.

Məlumata görə, ardıcıl dördüncü aydır ki, banklar tərəfindən əhaliyə dollar satışı alışı üstələyir. İyun ayında banklar tərəfindən əhaliyə 167,597 mln. dollar satılıb, bu müddətdə isə əhalidən 148,523 mln. dollar alınıb.

May ayı ilə müqayisədə nağd dollar satışında əvvəlki ayla müqayisədə 10%, alışında isə 7,4% azalma qeydə alınıb. Beləliklə, bankların əhaliyə xalis nağd dollar satışında 29,6% azalma qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi