Azərbaycanda bankların dollara tələbatı kəskin artıb

Azərbaycanda bankların dollara tələbatı kəskin artıb Rəsmi məzənnənin ən azı iyunun 14-dək artacağı gözlənilir
Maliyyə
9 İyun , 2016 12:32
Azərbaycanda bankların dollara tələbatı kəskin artıb

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən bugünkü hərraca 50 mln. ABŞ dolları həcmində valyuta kütləsi çıxarıb.

"Report"un bank dairələrindən aldığı xəbərə görə, bugünkü hərracda dollar kütləsinə kommersiya banklarının real tələbatı faktiki təklifi 10 dəfəyə yaxın üstələyərək təxminən 500 mln. dollara çatıb. Bu səbəbdən sabahkı rəsmi məzənnənin bir qədər də yüksəlməsi gözlənilir. 

Xatırladaq ki, bugünkü rəsmi məzənnə 1,5084 AZN/USD-yə bərabərdir. Nağd valyuta bazarında isə dolların satış qiymətinin 1,53 AZN/USD həddini keçməsi ehtimal edilir. Rəsmi məzənnənin iyunun 14-də keçiriləcək növbəti valyuta hərracına qədər artacağı gözlənilir. Məzənnənin sabitləşməsi üçün valyuta hərracına çıxarılan vəsaitin həcminin artırılmasına ehtiyac olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi