Azərbaycanda banklardan kənarda nağd pul kütləsi 18% artıb

Azərbaycanda banklardan kənarda nağd pul kütləsi 18% artıb M0 aqreqatı üzrə aylıq artım isə 5%-dən az olub
Maliyyə
3 Fevral , 2018 14:31
Azərbaycanda banklardan kənarda nağd pul kütləsi 18% artıb

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycanda banklardan kənarda nağd pul kütləsi (M0 aqreqatı) aylıq müqayisədə 340,9 mln. manat və ya 4,8% artaraq 2018-ci il yanvarın 1-nə 7 490,3 mln. manata yüksəlib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının illik maliyyə hesabatına istinadən xəbər verir. 

Hesabata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 113,4 mln. manat və ya 17,5% artım qeydə alınıb.

Qeyd edək ki, ölkədə nağd pul kütləsinin tarixi maksimal səviyyəsi 2014-cü il iyul ayında qeydə alınıb və 10 508,9 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi