Azərbaycanda banklararası kreditlər ucuzlaşıb

Azərbaycanda banklararası kreditlər ucuzlaşıb Manat və valyutada banklararası kreditlər üzrə orta faiz dərəcəsi azalıb
Maliyyə
7 Sentyabr , 2015 14:08
Azərbaycanda banklararası kreditlər ucuzlaşıb

Bakı. 7 sentybar. REPORT.AZ/ Azərbaycanda həm manat, həm də xarici valyutada ayrılan banklararası kreditlər üzrə orta faiz dərəcəsi azalıb. Bu ilin iyul ayında manatla verilən kreditlərin orta faiz dərəcəsi 0,71 faiz bəndi azalaraq avqustun 1-nə illik 6,33%, xarici valyutada isə 0,53 faiz bəndi azalaraq illik 5,09%-ə düşüb.

"Report"un verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın açıqladığı hesabatda bildirilir.

Manatla kreditlər üzrə ən yüksək faiz dərəcəsi 90-180 günlük kreditlərdə - illik 16,0%, xarici valyutada isə 1 ildən yuxarı kreditlərdə isə 8,06% səviyyəsində qeydə alınıb. Ən aşağı faizlər isə 1 aylıq kreditlərdə - manatla 1,94%, valyutada 3,60% olub.

Son xəbərlər

Orphus sistemi