Bakı. 13 may. REPORT.AZ/ Azərbaycanda banklararası kreditlər üzrə orta faiz dərəcəsi aşağı düşüb. Martda orta faiz dərəcəsi manatla kreditlər üzrə illik 8,07%-dən 7,29%-ə, xarici valyutada isə 5,13%-dən 5,08%-ə düşüb. "Report"un verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın açıqladığı aylıq hesabatda bildirilir.
Hesabata əsasən, manatla 1 ildən yuxarı kreditlər üzrə orta faiz 8,71%, xarici valyuta ilə 9,52% təşkil edib. Bir ayadək kreditlər üzrə isə bu göstəricilər müvafiq olaraq 1,93% və 3,45% olub.
Cari ilin əvvəli ilə müqayisədə manatla kredit faizlərində azalma, xarici valyuatada isə əksinə, artım qeydə alınıb. Belə ki, 2015-ci il yanvarın 1-nə manatla kreditlər üzrə orta faiz 7,94%, xarici valyutada isə 4,40% olub.