Azərbaycanda banklar elektron arayışlardan istifadəni artırıb

Azərbaycanda banklar elektron arayışlardan istifadəni artırıb Azərbaycan bank sistemi kreditlərin verilməsi ilə bağlı elektron arayışların tətbiqini genişləndirir
Maliyyə
15 Yanvar , 2015 17:04
Azərbaycanda banklar elektron arayışlardan istifadəni artırıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Banklar tərəfindən kreditlərin verilməsi üçün istifadə edilən elektron arayışların sayı 2014-cü ilin dekabr ayı ərzində 25 612 olub ki, bu da noyabr ayına nisbətən 67% çoxdur.

"Report"un Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə istinadən verdiyi xəbərə görə, e-arayışların sayı sentyabrda 2 915, oktyabrda 10 384, noyabrda 15 295 ədəd təşkil edib. Bu da öz növbəsində banklar tərəfindən e-arayışların tətbiqinin oktyabrda kəskin artımını göstərir.

Ötən ilin sentyabr-dekabr ayları ərzində istehlak kreditlərinin verilməsi üçün e-arayışlardan istifadənin 26 148-i və ya 48,24%-i "Bank of Baku" ASC, 20 129-u və ya 37,13%-i "Unibank" ASC, 5 525-i və ya 10%-i "Acccess Bank" QSC-nin payına düşüb.

"Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" elektron xidmətindən hazırda həmçinin "Bakı Ticarət Bankı" ASC, "Mugan Bank" ASC, "Bank Respublika" ASC, "AGBank" ASC, "Rabitəbank" ASC və Azərbaycan Beynəlxalq Bankı faydalanır.

"Elektron Hökumət" portalının təqdim etdiyi statistikaya əsasən, 2014-cü ilin sentyabr-dekabr ayları ərzində vətəndaşlar "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi", "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" və "İş yerinə dair arayış" e-xidmətlərdən 275 937 dəfə istifadə ediblər.

Son xəbərlər

Orphus sistemi