Azərbaycanda bank və BOKT-ların mərkəzləşmiş öhdəlikləri 15% azalıb

Azərbaycanda bank və BOKT-ların mərkəzləşmiş öhdəlikləri 15% azalıb Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları və BOKT-ların Mərkəzi Bank (AMB) qarşısında olan öhdəlikləri 2018-ci il oktyabrın 1-nə 5 977,6 mln. manat təşkil edib.
Maliyyə
26 Oktyabr , 2018 17:09
Azərbaycanda bank və BOKT-ların mərkəzləşmiş öhdəlikləri 15% azalıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları və BOKT-ların Mərkəzi Bank (AMB) qarşısında olan öhdəlikləri 2018-ci il oktyabrın 1-nə 5 977,6 mln. manat təşkil edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, öhdəliklərin həcmi sentyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 58,8 mln. manat və ya 0,97% azalıb. Əvvəlki ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin banklara və BOKT-lara tələbi 1 059,2 mln. manat və ya 15,1% azalıb.

Qeyd edək ki, bankların AMB-yə öhdəliklərinin bugünədək maksimal həddi 2016-cı ilin oktyabrında qeydə alınıb və 7 507 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi