Azərbaycanda bank sektorunun xarici öhdəlikləri azalmaqda davam edir

Azərbaycanda bank sektorunun xarici öhdəlikləri azalmaqda davam edir Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri bu il martın 1-nə 2 252,9 mln. manat təşkil edib.
Maliyyə
9 Aprel , 2018 12:07
Azərbaycanda bank sektorunun xarici öhdəlikləri azalmaqda davam edir
Report

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri bu il martın 1-nə 2 252,9 mln. manat təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bu, fevralın 1-i ilə müqayisədə 14,3 mln. manat və yaxud 0,6% azdır. Son 1 ildə isə kommersiya banklarının xarici öhdəlikləri 3,3 dəfə azalıb. İlin əvvəlindən isə bu göstəricidə 55,4 mln. manat və ya 2,4% azalma qeydə alınıb. Beləliklə, Azərbaycan bank sektorunun xarici öhdəlikləri ardıcıl yeddinci aydır azalmağa davam edib.

"Report"un analitik qrupu bildirir ki, kəskin azalma "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) 2,266 mlrd. ABŞ dolları (3,85 mlrd. manat) məbləğində xarici öhdəliklərinin Azərbaycan hökumətinə ötürülməsi ilə bağlıdır. 

Son xəbərlər

Orphus sistemi