Azərbaycanda bank kreditləri ilə iqtisadiyyata sərmayə qoyuluşu illik 6% azalıb

Azərbaycanda bank kreditləri ilə iqtisadiyyata sərmayə qoyuluşu illik 6% azalıb Azərbaycan iqtisadiyyatına investisiyaların 11%-i bank kreditləri hesabına həyata keçirilib
Maliyyə
514
6 Yanvar , 2017 14:11
Azərbaycanda bank kreditləri ilə iqtisadiyyata sərmayə qoyuluşu illik 6% azalıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycanda bank kreditləri şəklində ölkə iqtisadiyyatına sərmayə qoyuluşu azalıb. Belə ki, bank kreditləri ilə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi illik müqayisədə 5,9% azalaraq 2016-cı ilin yanvar-noyabr aylarında 1 374,6 mln. manat təşkil edib.

"Report"un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, ötən ilin ilk 11 ayı ərzində ölkə iqtisadiyyatına yatırılan sərmayənin cəmi 10,6%-i məhz bank kreditlərinin payına düşüb.

Xatırladaq ki, 2016-cı ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 13 009,1 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,0% az vəsait yönəldilib.

Ümumi sərmayənin 33,0%-i dövlət, 67,0%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 72,6%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 8 936,6 mln. manat, büdcə vəsaitləri 1 809,4 mln. manat, büdcədənkənar fondların vəsaitləri 138,5 mln. manat, əhalinin şəxsi vəsaitləri 473,9 mln. manat, sair vəsaitlər 276,1 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi