Azərbaycanda bank əmanətlərinin azalması davam edir

Azərbaycanda bank əmanətlərinin azalması davam edir Keçən ilin analoji dövrü ilə müqayisədə isə əmanətlər yanvarda 21% artıb
Maliyyə
4 Mart , 2016 17:50
Azərbaycanda bank əmanətlərinin azalması davam edir

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan əhalisinin bank sektorunda yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2016-ci ilin yanvar ayı ərzində 830,6 mln. manat və ya 8,76% azalaraq 2016-cı il fevralın 1-nə 8 643,3 mln. manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, keçən ilin analoji dövrü ilə müqayisədə isə əmanətlərin həcmi 1 522 mln. manat və ya 21,37% artıb.

Qeyd edək ki, əhalinin xarici valyutada olan əmanətləri dekabrda baş verən devalvasiya nəticəsində artsa da, yanvarda yenidən əmanətlərin azalması tendensiyası davam edib.

Son xəbərlər

Orphus sistemi