Azərbaycanda bank əmanətləri ucuzlaşıb

Azərbaycanda bank əmanətləri ucuzlaşıb Bank sektorunda orta faiz dərəcəsi manat depozitləri üzrə illik 8,41%, xarici valyutada isə 8,36%-ə düşüb
Maliyyə
7 sentyabr 2015 09:43
Azərbaycanda bank əmanətləri ucuzlaşıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Cari ilin iyul ayında Azərbaycan bank sektorunda yerləşdirilən depozitlər üzrə orta faiz dərəcəsi iyuna nisbətən azalaraq manatla illik 8,41%, xarici valyutada isə 8,36% təşkil edib. Məlumata əsasən, iyunda bu göstəricilər müvafiq olaraq 8,86% və 8,47% olub. "Report"un verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın açıqladığı hesabatda bildirilir.

Hesabata əsasən, iyulda manatla əmanətlər üzrə orta faiz dərəcəsi illik 9,67%, xarici valtyuta ilə isə 9,39%, hüquqi şəxslərin depozitləri üzrə isə bu göstəricilər müvafiq olaraq 5,00% və 4,01% səviyyəsində qeydə alınıb. Fiziki şəxslərin əmanətləri üzrə orta faiz dərəcəsində əvvəlki ayla müqayisədə manatla əmanətlərdə 0,03 faiz bəndi, xarici valyutada isə 0,09 faiz bəndi azalma müşahidə edilib. Hüquqi şəxslərin manatla depozitlərində 1,5 faiz bəndi, xarici valyutada isə 0,12 faiz bəndi azalma qeydə alınıb.

Qeyd edək ki, ən yüksək orta faiz dərəcəsi 5 ildən artıq manatla depozitləri (illik 13,85%), ən aşağı isə xarici valyutada 1-3 aylıq depozitlər üzrə (illik 4,32%) olub.

Son xəbərlər

Orphus sistemi