Azərbaycanda bank depozitlərinin həcmi ötən ilin 11 ayında 14% artıb

Azərbaycanda bank depozitlərinin həcmi ötən ilin 11 ayında 14% artıb İllik müqayisədə isə artım 15% təşkil edib
Maliyyə
9 Yanvar , 2016 10:01
Azərbaycanda bank depozitlərinin həcmi ötən ilin 11 ayında 14% artıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanda 2015-ci il dekabrın 1-nə məcmu bank depozitlərinin həcmi 17 598,9 mln. manat təşkil edib. Bu, noyabrın 1-nə olan analoji göstəricidən 448,4 mln. manat və ya 2,6% çoxdur. İlin əvvəli ilə müqayisədə depozitlərin həcmi 2 145,5 mln. manat və ya 13,9% artıb. Əvvəlki ilin analoji dövrü ilə müqayisədə isə artım 2 286,9 mln. manat və ya 14,9% olub.

Azərbaycan Mərkəzi Bankından "Report"a verilən məlumata əsasən, ötən ilin dekabrın 1-i vəziyyətinə manatla depozitlərin həcmi 4 241,9 mln. manat təşkil edib ki, bu da noyabrın 1-i ilə müqayisədə 72,8 mln. manat və ya 1,7% azdır. Manat depozitlərinin həcmi ilin əvvəli ilə müqayisədə 3 501,6 mln. manat və ya 45,2% azalıb. Əvvəlki ilin analoji dövrü ilə müqayisədə isə azalma 3 401,2 mln. manat və ya 44,5% təşkil edib.

Xarici valyutada depozitlər isə dekabrın 1-nə 13 357 mln. manat olub ki, bu da 2015-ci ilin əvvəlinə nisbətən 5 647,2 mln. manat və ya 73,2% çoxdur, 2014-cü ilin analoji dövrü ilə müqayisədə isə artım 5 688 mln. manat və ya 74,2% olub. Qeyd edək ki, bu həcmə qeyri-rezidentlərin və dövlət idarəetmə orqanlarının depozitləri də daxildir.

Son xəbərlər

Orphus sistemi