Azərbaycanda bank depozitlərinin gəlirliyi kəskin azalıb

Azərbaycanda bank depozitlərinin gəlirliyi kəskin azalıb Kreditlər üzrə faiz dərəcəsi də müvafiq olaraq azalma göstərib
Maliyyə
3 Dekabr , 2016 17:08
Azərbaycanda bank depozitlərinin gəlirliyi kəskin azalıb

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının depozit və əmanətlər üzrə orta faiz dərəcəsi bu ilin oktyabr ayında kəskin azalma göstərib. Hesabat dövründə manat ekvivalentində əmanət və depozitlər üzrə orta faiz dərəcəsi sentyabr ayı ilə müqayisədə 2,44 bənd azalaraq illik 6,31%, xarici valyutada isə 0,4 bənd azalaraq 4,72% təşkil edib.

Kommerisya bankları tərəfindən oktyabrda verilən kreditlər üzrə orta faiz dərəcələri manat və xarici valyuta ekvivalentində müvafiq olaraq illik 12,24% və 9,63% təşkil edib. Xatırladaq ki, sentyabrın 1-nə bu göstərici manatda 12,42%, xarici valyutada isə 10,10% olub. 

"Report"un analitik qrupu bildirir ki, kredit verilməsi qaydalarında sərtləşmə nəticəsində təklif olunan kreditlərin məbləğinin azalması faizlərin aşağı düşməsinə səbəb olub, bu da öz növbəsində depozit və əmanətlər üzrə faiz dərəcələrini aşağı salıb.

Son xəbərlər

Orphus sistemi