Azərbaycanda bank depozitlərində dollarlaşma dərəcəsi azalıb, kreditlərdə isə artıb

Azərbaycanda bank depozitlərində dollarlaşma dərəcəsi azalıb, kreditlərdə isə artıb Dollarlaşmanın azalması xarici valyutada depozitlərin həcminin kəskin azalması ilə bağlıdır
Maliyyə
1865
10 Noyabr , 2017 14:06
Azərbaycanda bank depozitlərində dollarlaşma dərəcəsi azalıb, kreditlərdə isə artıb

Bakı. 10 noyabr . REPORT.AZ/ Azərbaycanda əhalinin bank əmanətləri üzrə dollarlaşma dərəcəsi 2017-ci il oktyabrın 1-nə 71,78% təşkil edib. Ötən ay bu göstərici 72,18%, yanvarın 1-nə 79,63%,  ötən ilin analoji dövründə isə 81,75% olub.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, cəmi depozit bazasında dollarlaşma dərəcəsi sentyabr ayının 1-nə 74,6% olub. Keçən ay bu göstərici 77,6%, bu ilin yanvarın 1-nə 75,29%, 2016-cı ilin analoji dövründə isə 81,05% təşkil edib. Depozitlər üzrə dollarlaşmanın azalması xarici valyutada sentyabr ayında depozit həcminin 2 mlrd. dollara yaxın azalması ilə bağlı olub. 

Kreditlərin strukturunda isə dollarlaşma səviyyəsi 2017-ci il oktyabrın 1-nə 41,99% təşkil edib. Sentyabrın 1-nə bu göstərici 41,64 %, yanvarın 1-nə 47,32%, ötən il oktyabrın 1-nə isə 47,29%-ə bərabər olub.

Son xəbərlər

Orphus sistemi